"Metaverse" nədir? ~ Marketinqdə "Metaverse" anlayışı



Metaverse xəyali dünya anlayışı ilk dəfə Neal Stephenson adlı bir yazıçı tərəfindən 1992-ci ildə “Snow Crash” adlı fantaziya janrında yazılmış əsərdə öz əksini tapmışdır. Son dövrlər “metaverse” anlayışı bir çox insan tərəfindən tez-tez işlədilir.
Metaverse bir virtual dünyadır. Halhazırda yaşadığımız dünyanın 3D formatında virtual forması. Metaverse, insanların işləyə, oynaya, alış-veriş edə, sosiallaşa bildiyi, bir sözlə, insanların real həyatda birlikdə etmək istədikləri şeyi edə biləcəyi, müəyyən dərəcədə həqiqətə uyğun olan, qrafik cəhətdən zəngin virtual məkan kimi başa düşülür. Misal üçün, təssəvvür edin ki, siz Almaniyada təhsil alarkən bir dostunuzla tez-tez sevimli bir kafenizdə oturub çay içirdiniz. Lakin artıq Azərbaycana qayıtmısınız dostunuz isə Almaniyada yaşayır. Məsafə səbəbi ilə siz dostunuzla real dünyada həmin kafedə oturub söhbət edə bilməsəniz də, metaverse vasitəsi ilə həmin dostunuzla həmin kafedə oturub söhbət edə biləcəksiniz.Yəni sizin avatarlar, başqa sözlə 3D rəqəmsal personajlarınız bunu edə biləcək. Bunun üçün isə üç element – VR interfeysi, rəqəmsal sahiblik və avatarlar – metaversdə önə çıxan məqamlardır. VR interfeys- yəni virtual dünyaya qoşulmaq üçün bizim müvafiq cihaza ehtiyacımız olmuş olur.
Rəqəmsal sahiblik dedikdə isə virtual olaraq biz hər hansı məkana, əşyaya və.s sahib oluruq, yaxud ödəniş edirik. Avatarlar isə bizi 3D olaraq virtual dünyada təmsil edən xarakterlərdir.

Qeyd etmək olar ki, Fortnite, Minecraft və Roblox kimi onlayn oyun platformalarında artıq metaverse xususiyyətləri mövcuddur.
Meta – əvvəllər Facebook kimi tanınan texnoloji nəhəng 2014-cü ildə Oculus-un alınması da daxil olmaqla virtual reallığa əhəmiyyətli investisiyalar yatırır və metaversin yaxın gələcəkdə sürətli inkişaf edəcəyinə inanır. ABŞ Ordusu hazırda Microsoft ilə birlikdə əsgərlərin məşq etməsi və döyüşməsi üçün virtual reallıq -Hololens 2 qulaqlığı üzərində işləyir. Bundan əlavə, Xbox Live artıq bütün dünyada milyonlarla virtual video oyun oyunçusunu birləşdirir.
Roblox – 2004-cü ildə qurulan ve istifadəçilərin ev tikə, işləyə və oynaya biləcəyi platformadır. Roblox-un dəyəri halhazırda 45 milyard dollardan çox qiymətləndirilir.
Minecraft – uşaqlar tərəfindən sevilən başqa bir virtual kainat olan Microsoft-a məxsus, əslində Legos-un rəqəmsal ekvivalentidir. Burada oyunçular öz rəqəmsal xarakterlərini yarada və istədikləri hər şeyi qura bilərlər. Keçən il Avqust ayına olan məlumata görə, Minecraft aylıq 140 milyondan çox aktiv istifadəçiyə malikdir.

Təbii ki, metaversin formalaşması şirkətlərin marketinq strategiyalarına təsirsiz ötüşə bilməz. Çünki belə böyük yeniliklər insanların davranışlarına da təsir edir. Belə ki, insanların vaxt keçirdikləri bir məkan varsa, uyğun markaların da orda özlərini tanıtması qaçınılmazdır. Məsələn, metaversdə canlı bir oyunda əlaqəli şirkətlər öz reklamlarını yerləşdirə bilər.
2021-ci il Oktyabr ayında Hyundai Motor Company Roblox oyun platformasında Hyundai Motors-un məhsullarını və gələcək həllərini özündə əks etdirən metaverse sahəsi olan “Mobility Adventure”-i istifadəyə verdi. Kollektiv şəkildə paylaşılan virtual məkan istifadəçilərə Hyundai-ın təklifləri ilə tanış olmağa, təcrübə etməyə və avatarlarını fərdiləşdirməyə imkan verir.

Son zamanlar dünyanın ən böyük mağazalar şəbəkəsindən biri olan Walmart aktiv olaraq öz bizneslərində metaversdən istifadə etməyə başlayıb. Belə ki, sizin avatar 3D olaraq bir walmart mağazasında gəzərək, öz istədiyi məhsulları səbətinə atır və sifariş verir, daha sonra da Walmart fiziki olaraq məhsulları təyinat nöqtəsinə çatdırır.

Yekun olaraq vurğulamaq olar ki, hələ ki əsasən qlobal şirkətlər virtual reallıqda bəzi reklamlar versələr də, ehtimal etmək olar, bu trend “metaverse”ün böyüməsi ilə gələcəkdə daha da genişlənəcək.

——————————————————————————————————————————————————-
– Əlaqə: https://www.facebook.com/BusinesTalks…
– Animasiyanı Animators ( https://animators.az ) şirkəti təqdim edir.
——————————————————————————————————————————————————–

Kontent Müəllifi: Kamran Tağıyev
Səsləndirmə müəllifi : Tural Vəliyev
Animasiya müəllifi : Ülkər Axundova
Qrafik dizayner: Jalə Həsənli
Layihə Meneceri : Kamran Tağıyev

source

Leave a Comment